Bank Of Baku

Moskvadakı bayram şənliklərində 30-a yaxın dövlət və hökumət rəhbəri iştirak edəcək

Moskvadakı bayram şənliklərində 30-a yaxın dövlət və hökumət rəhbəri iştirak edəcək
# 08 may 2010 04:21 (UTC +04:00)
Bakı-APA. Moskvada Böyük Vətən Müharibəsində əldə olunmuş qələbəyə həsr ediləcək bayram şənliklərində 30-a yaxın dövlət və hökumət rəhbəri iştirak edəcək. Bu barədə Rusiya prezidenti işlər idarəsinin müdiri Vladimir Kojin məlumat verib.

İlk olaraq Moskvaya MDB rəhbərləri gəlirlər. Artıq mayın 8-də onlar qeyri-formal sammit keçirəcək və xatirə tədbirlərində iştirak edəcəklər. Ukrayna, Belarus, Qazaxıstan, Azərbaycan, Ermənistan, Türkmənistan, Tacikistan, Özbəkistan prezidentləri, Moldova prezidentinin vəzifələrini icra edən və Qırğızıstan müvəqqəti hökumətinin başçısı Aleksandrov bağındakı Naməlum əsgərin məzarına gül qoyacaqlar.

Bolqarıstan, Vyetnam, Yunanıstan, İsrail, Latviya, Makedoniya, Monqolustan, Polşa, Serbiya, Slovakiya, Sloveniya, Fransa, Xorvatiya, Çernoqoriya, Çexiya, Estoniya liderləri, Almaniya və İtaliya hökumət başçıları, ÇXR sədri isə mayın 9-da yubiley paradı zamanı Qızıl meydanın tribunasında görüşəcəklər.

Yubiley paradında Ukrayna, Belarus prezidentləri və Moldova prezidentinin vəzifələrini icra edən iştirak edə bilməyəcəklər. Viktor Yanukoviç, Aleksandr Lukaşenko və Mixay Gimpu öz ölkələrində Qələbənin 65 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcəklər.

Böyük Britaniyanın baş naziri və ABŞ prezidenti isə tədbirə ümumiyyətlə qatılmayacaqlar. Qordon Braunun gəlməməyinin səbəbi mayın 6-da keçirilmiş parlament seçkiləri ilə əlaqədardır. Barak Obama isə mayın 9-da Virciniya ştatının Hempton universitetinin məzunları qarşısında çıxış edəcək.

Yubiley tədbirlərində MDB İcraiyyə komitəsinin sədrinin, KTMT və Avropa Şurası baş katiblərinin, Rumıniyanın keçmiş kralının və Polşanın keçmiş lideri Voytsex Yaruzelskinin iştirakları da gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR