Bank Of Baku

Gürcüstanda dini radikallar yerli telekanalın ofisini dağıdıb

Gürcüstanda dini radikallar yerli telekanalın ofisini dağıdıb
# 08 may 2010 12:13 (UTC +04:00)
Bakı – APA. Ötən gün Gürcüstanın «Qafqaziya» teleşirkətinin axşam verilişində pravoslav radikalların iştirakı ilə insident baş verib.

APA-nın «İnterfaks» agentliyinə istinadən verdiyi məlumata görə, hadisə gənc müəllif Erekle Deysadzednin apardığı «Gizli görüş» adlı teledebat zamanı baş verib. Bəzi müşahidəçilərin fikrincə bu veriliş kosmopolit yönümlüdür və xristianlığın əleyhinədir.

Veriliş zamanı müzakirələrdən narazı qalan müəllif debatı tərk edib. Küçədə isə onu qarşılayan «Pravoslav Valideyinlər İttifaqı» dini qruplaşmasının nümayəndələri verilişin müəllifi və onun dostunu döyüblər. Bundan sonra dini radikallar studiyaya daxil olaraq buranı dağıdıblar. Nəticədə, bir neçə nəfər, o cümlədən teleşirkətin işçiləri və jurnalistlər xəsarət alıblar. Polis əməkdaşlarının müdaxiləsindən sonra vəziyyət sabitləşib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR