Bank Of Baku

Kemerovoda şaxtada ikinci partlayış baş verməsi səbəbindən xilasedicilərlə əlaqə itib

Kemerovoda şaxtada ikinci partlayış baş verməsi səbəbindən xilasedicilərlə əlaqə itib
# 09 may 2010 03:18 (UTC +04:00)
Baku-APA. Kemerovo vilayətində yerləşən «Raspadskaya» şaxtasında təkrar partlayışın baş verməsi səbəbindən 3 dağ xilasedici qrupuyla əlaqə itib. Bu barədə kömür şirkətindəki mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, ikinci partlayış nəticəsində şaxtanı güclü tüstü bürüyüb. Bu səbəbdən tüstü seyrələnədək xilasetmə işlərinə fasilə verilməsi qərara alınıb. «Təkrar partlayış baş verməsi səbəbindən 3 dağ xilasedici qrupuyla əlaqə itib. Söhbət 20 nəfərdən gedir», deyə mənbə bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR