Bank Of Baku

Ermənilər və assurlar “soyqırım”ın tanınması üçün birgə hərəkət edəcək

Ermənilər və assurlar “soyqırım”ın tanınması üçün birgə hərəkət edəcək
# 22 noyabr 2011 14:36 (UTC +04:00)
APA-ın “Nouvelles d’Arménie” saytına istinadən verdiyi məlumata görə, müxtəlif ölkələrin assur icmalarının nümayəndələri İrəvanda toplantı keçirib. Toplantının sonunda Beynəlxalq Assur Mədəniyyət və Araşdırma Mərkəzi təsis edilib.

Tədbirdən sonra nümayəndə heyətini Ermənistanın baş naziri də qəbul edib. Görüş zamanı onlar “soyqırım”ların tanınması üçün ermənilərlə birgə hərəkət etməyi təklif ediblər. Assuriya Forumunun rəhbəri Elias Yalda isə “biz assurların dövləti yoxdur. Biz tarixi torpaqlarımızdakı dövlətimizi bərpa etmək üçün çalışırıq. Ümid edirik ki, Ermənistan hökuməti bu işdə bizə yardım edəcək”, deyib. E. Yalda assurların uydurma “erməni soyqırımı” ilə bağlı tədbirlərə daha yaxından cəlb olunmasını təklif edib.

Nümayəndə heyəti assurlar üçün də “soyqırım” heykəli qoyulmasını təklif edib. Onların fikrincə, 1914-1923-cü illərdə ermənilərlə yanaşı, assurlar da soyqırıma məruz qalıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR