Bank Of Baku

Sergey Lavrov: “Moskva RƏM sistemi ilə bağlı ABŞ-la dialoqdan uzaqlaşmır”

Sergey Lavrov: “Moskva RƏM sistemi ilə bağlı ABŞ-la dialoqdan uzaqlaşmır”
# 22 noyabr 2011 16:32 (UTC +04:00)
Bakı - APA. ABŞ və Rusiyanın Raket Əleyhinə Müdafiə (RƏM) sistemləri ilə bağlı mövqeləri bir-birindən çox uzaqdır. APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kişinyovda tələbələrlə görüşündə bildirib.

Onun sözlərinə görə, bununla belə, Moskva məsələ ilə bağlı Birləşmiş Ştatlar və NATO ilə dialoqdan uzaqlaşmır.

S.Lavrov qeyd edib ki, hər iki tərəfi qane edəcək qərarların axtarışı davam edəcək: “Amma bizə tam təminat lazımdır ki, Avropadakı RƏM sistemi Rusiyaya qarşı yönəlməyib və bu sistemlərin parametrləri bəyan olunan məqsədlərə uyğun olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR