Bank Of Baku

Nikolay Bordyuja: “Erməni hərbi kontingenti müasir silahlarla təchiz olunacaq”

Nikolay Bordyuja: “Erməni hərbi kontingenti müasir silahlarla təchiz olunacaq”
# 25 noyabr 2011 14:27 (UTC +04:00)
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu İrəvanda səfərdə olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja deyib.

N. Bordyuja Kollektiv Çevik Reaksiya Qüvvələrinin (KÇRQ) silahlanmasına həsr olunmuş proqramın yekunlaşdığını söyləyərək bildirib ki, Kollektiv Təhlükəsizlik Şurasının dekabrın 20-də keçiriləcək sessiyasında bu proqram təsdiq olunmaq üçün prezidentə təqdim olunacaq: «Bu KÇRQ-nə daxil olan üzvlərin qoşunlarını müasir silah növləri ilə təchiz etmək üçün nəzərdə tutulub, bura Ermənistan da daxildir. Bundan əlavə, artıq hərbi-texniki və hərbi-iqtisadi əməkdaşlıq çərçivəsində bəzi işlər də həyata keçirilir. Ermənistan ərazisində müəyyən silahlara xidmət, təmir və modernləşdirilməni həyata keçirmək üçün birgə müəssisələrin yaradılması nəzərdə tutulub. Bu da Ermənistan Silahlı Qüvvələrinin müasir silah növləri ilə təmin olunması üçün bir töhfədir”.

Qeyd edək ki, İrəvanda KTMT ilə Ermənistan arasında əvvəllər əldə olunmuş razılaşmaların icrasına dair Plan imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR