Bank Of Baku

Vladimir Putin prezidentliyə namizəd olmağa razılıq verib

Vladimir Putin prezidentliyə namizəd olmağa razılıq verib
# 28 noyabr 2011 07:36 (UTC +04:00)
APA-nın xəbərinə görə, V. Putin bunu “Rossiya 24” televiziyasının efirində bəyan edib. O bildirib ki, əsas məqsədi həyat səviyyəsinin yüksəldilməsi və ölkədə ümumi ədalətin bərqərar olmasıdır.

V. Putin seçiciləri parlament seçkilərində “Yedinaya Rossiya” Partiyasının Dmitri Medvedevin başçılıq etdiyi namizədlər siyahısına səs verməyə də çağırıb. O, müxalifəti tənqid edib və onları Sovet İttifaqının dağılmasında, 90-cı illərdə ölkənin talan edilməsində günahlandırıb: “Onlar sənayeni, kənd təsərrüfatını və sosial sahəni məhv ediblər, ölkənin qəlbinə vətəndaş müharibəsi xəncəri saplayıblar və Şimal Qafqazda qan tökülməsinə aparıb çıxarıblar”.

V. Putin Rusiyadakı seçkilərə qrant alanların yardımı ilə təsir göstərməyə çalışan xarici həmkarlarının əməyini əbəs adlandırıb və onları öz pullarını havaya sovurduqlarını söyləyib.

Xatırladaq ki, Rusiyada bu il dekabrın 4-də parlament seçkiləri, gələn il martın 4-də isə prezident seçkiləri keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR