Bank Of Baku

Cənubi Osetiyada prezident seçkiləri etibarsız hesab edilib

Cənubi Osetiyada prezident seçkiləri etibarsız hesab edilib
# 29 noyabr 2011 15:03 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. Gürcüstanın işğal altındakı Cənubi Osetiya bölgəsinin Ali Məhkəməsi noyabrın 27-də keçirilmiş prezident seçkilərini etibarsız hesab edib. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, buna prezidentliyə namizəd olmuş Anatoli Bibilovun məhkəməyə verdiyi şikayət səbəb olub.

Qeyd edək ki, noyabrın 27-də keçirilən prezident seçkilərinin II turunda hakimiyyət tərəfindən fövqəladə hallar naziri Anatoli Bibilov, müxalifət tərəfdən isə sabiq təhsil naziri Alla Cioyeva namizəd olub. MSK A. Cioyevanın 56,7%, A. Bibilovun isə 40% səs aldığını açıqlayıb. Nəticə ilə razılaşmayan A. Bibilov məhkəməyə müraciət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR