Bank Of Baku

Moskvada Tahir Salahovun “Min bir gecə” adlı sərgisinin açılışı olub

Moskvada Tahir Salahovun “Min bir gecə” adlı sərgisinin açılışı olub
# 30 noyabr 2011 20:34 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiyanın paytaxtında Azərbaycanın görkəmli rəssamı Tahir Salahovun əsərlərindən ibarət “Min bir gecə” adlı sərginin açılışı olub. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, "Aydan" qalereyasında keçirilən sərgini Azərbaycan və Rusiyanın xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti olan Tahir Salahova qalereyanın direktoru, Rusiya Rəssamlıq Akademiyasının üzvü, rəssam Aydan Salahova dahi rəssamın anadan olmasının 83 illiyi münasibəti ilə hədiyyə edib. Sərgidə tanınmış azərbaycanlı bəstəkar Fikrət Əmirovun "Min bir gecə" baleti üçün hazırlanmış eskizlərin əsli ilk dəfə olaraq nümayiş etdirilib.
Tahir Salahov sərginin ərsəyə gəlməsində əməyi keçən hər kəsə dərin minnətdarlığını bildirib. Fikrət Əmirovun "Min bir gecə" baletinin dekorasiyası üçün hazırladığı eskizlər barədə danışan T. Salahov oktyabrın 24-də Kreml sarayında baletin 7-ci premyerasının keçildiyini söyləyib: “Moskva şəhər sakinləri və şəhərin qonaqları bu baletdən çox böyük zövq alıblar. Hər dəfə 6 min insan Azərbaycan və Rusiya incəsənət ustalarının istedadına şahid olur. Bu çox qürurverici və xoş haldır".
Qeyd edək ki, “Min bir gecə” adlı sərgi dekabrın 10-dək "Aydan" qalereyasında nümayiş etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR