Bank Of Baku

Qırğızıstanın yeni prezidenti Azərbaycanın baş naziri ilə görüşüb

Qırğızıstanın yeni prezidenti Azərbaycanın baş naziri ilə görüşüb
# 01 dekabr 2011 13:12 (UTC +04:00)
Bişkek. Ramiz Məşədihəsənli – APA. Bu gün Qırğızıstanın yeni prezidenti Almazbek Atambayevin andiçmə mərasimi keçirilib. APA-nın Mərkəzi Asiya müxbirinin məlumatına görə, mərasimdən sonra A. Atambayevin rəsmi tədbirə qatılan Türkiyə, Gürcüstan prezidentləri, Qazaxıstan, Azərbaycan və Rusiya təmsilçiləri ilə ikitərəfli görüşləri olub. Daha sonra o, KİV təmsilçiləri qarşısında çıxış edib.

Yeni prezident deyib ki, hər zaman olduğu kimi, bundan sonra da KİV nümayəndələri ilə sıx təmasda olacaq, ölkəsinin qarşılaşdığı problemləri və görülən işləri ictimaiyyətə çatdırmaq üçün jurnalistlərə arxalanacaq. A. Atambayev eyni zamanda Qırğızıstanda milli münasibətləri qızışdıranlara qarşı qanun çərçivəsində hərəkət edəcəyini və onların ciddi cəzalandırılacağını bildirib. Media təmsilçilərini bu incə məsələdə həssas olmağa çağıran prezident, yerliçilik, qohumbazlıq və tayfabazlığa qarşı sərt mövqedə duracağını sözlərinə əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR