Bank Of Baku

Samvel Nikoyan Ermənistan parlamentinin yeni spikeri olacaq

Samvel Nikoyan Ermənistan parlamentinin yeni spikeri olacaq
# 02 dekabr 2011 03:56 (UTC +04:00)
Bakı-APA. Ermənistanın iqtidardakı Respublika partiyasının şurasının iclası keçirilib. İclasda parlamentin spikeri postuna hazırda vitse-spiker olan Samvel Nikoyanın namizədliyini sürmək qərara alınıb. Vitse-spiker postuna namizəd isə partiyanın mətbuat xidmətinin rəhbəri Eduard Şarmazanovdur. Bu barədə APA armtoday.info-ya istinadən məlumat verir.

Xatırladaq ki, noyabrın 14-də parlamentin spikeri Ovik Abramyan istefa verdikdən sonra onun səlahiyyətlərini vitse-spiker Samvel Nikoyan yerinə yetirir. Yeni spiker dekabrın 5-dən sonra seçiləcək. Ermənistandakı hakim koalisiya arasındakı razılaşmaya əsasən, parlamentin spikeri və bir vitse-spiker postu Respublika partiyasına verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR