Bank Of Baku

Qırğızıstanın yeni prezidenti eks-prezident Roza Otunbayevaya imtiyazlar verilməsi haqqında fərman imzalayıb

Qırğızıstanın yeni prezidenti eks-prezident Roza Otunbayevaya imtiyazlar verilməsi haqqında fərman imzalayıb
# 02 dekabr 2011 15:52 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. Qırğızıstanın yeni seçilmiş prezidenti Almazbek Atambaev eks-prezident Roza Otunbayeva haqqında fərman imzalayıb. APA-nın “NEWS-ASIA” informasiya portalına istinadən verdiyi məlumata görə, fərmana əsasən 1 dekabrdan etibarən sabiq prezident hazırda prezident olan şəxsin aylıq əməkhaqqının 75 faizi qədər aylıq müavinət alacaq, ölkə daxilində birbaşa dövlət əlaqələrindən və prezident administrasiyasının müalicə-sağlamlıq mərkəzlərində tibb təminatı qaydalarından istifadə edə biləcək. Əlavə olaraq eks-prezident dövlət iqamətgahında mülk, avtomobil və sürücü ilə təmin olunacaq.

Ölkə daxilində eks-prezidentin təhlükəsizliyinin təmin edilməsi dövlət mühafizə xidməti əməkdaşlarına həvalə olunacaq. Bu güzəştlərdən əlavə, R. Otunbayeva hava limanı və dəmir yolu vağzallarında vəzifəli şəxslər və nümayəndə heyətləri üçün nəzərdə tutulmuş otaqlardan pulsuz istifadə etmək hüququna malik olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR