Bank Of Baku

Rusiyada müstəqil seçki monitorinqi təşkilatının rəhbəri saxlanılıb

Rusiyada müstəqil seçki monitorinqi təşkilatının rəhbəri saxlanılıb
# 03 dekabr 2011 03:55 (UTC +04:00)
Bakı-APA. Rusiyada hakim ölkənin yeganə müstəqil seçki monitorinq təşkilatını seçicilərin şikayətlərini internetdə yerləşdirdiyinə görə cəzalandırıb. Moskva məhkəməsi Qolos adlı qrupu seçki pozuntularını sənədləşdirdiyinə görə 1000 dollar cərimələyib. Bundan əlavə bu gecə «Qolos»un icraçı direktoru Liliya Şibanova xaricdən Rusiyaya qayıdarkən «Şeremetyevo» hava limanında saxlanılıb. Şibanova bildirib ki, saxlanılmanın səbəbini izah etməyən gömrükçülər onun noutbukunu almağa cəhd ediblər. Şibanova bunu dövlət strukturlarının təşkilata təzyiqi kimi qiymətləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR