Bank Of Baku

Rusiyada parlament seçkiləri keçirilir

Rusiyada parlament seçkiləri keçirilir
# 03 dekabr 2011 22:34 (UTC +04:00)
APA-nın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, ölkədə 108 milyon seçici 98 min seçki məntəqəsində səs verəcək. Xaricdə yaşayan 1,8 milyon Rusiya vətəndaşı üçün bir neçə ölkədə 369 seçki məntəqəsi təşkil olunub.

Bu seçkilərdə Rusiyanın 7 partiyası: “Yedinaya Rossiya”, Rusiya Federasiyası Kommunist, Rusiya Federasiyası Liberal Demokrat, “Spravedlivaya Rossiya”, “Yabloko”, “Pravoye delo” və “Patriotı Rossii” partiyaları iştirak edəcək.

Seçkilərdə təhlükəsizliyi təmin etmək üçün 320 min polis əməkdaşı və Rusiya Daxili Qoşunlarının 11,5 min hərbçisi cəlb olunub.

Rusiyada parlament seçkilərini 500 min yerli və 697 xarici müşahidəçi izləyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR