Bank Of Baku

MDB PAA DİMBİ Bakı filialının əməkdaşları azərbaycanlı deputatlarla Rusiya parlament seçkilərini müşahidə edəcəklər

MDB PAA DİMBİ Bakı filialının əməkdaşları azərbaycanlı deputatlarla  Rusiya parlament seçkilərini müşahidə edəcəklər
# 03 dekabr 2011 23:52 (UTC +04:00)
Bakı-APA. MDB Parlamentlərarası Assambleyasının Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun Bakı Filialının əməkdaşlarının Azərbaycan Milli Məclisinin iki deputatının daxil olduğu beynəlxalq müşahidə qrupu 4 dekabr 2011-ci ildə Rusiya Federasiyasının Federal Məclisinin Dövlət Dumasına keçiriləcək 6-cı çağırış deputat seçkilərini müşahidə etmək üçün Rusiyanın Dağıstan Respublikasına yola düşüblər.
MDB PAA DİMBİ-nin Bakı Filialının mətbuat xidmətinin APA-ya verdiyi xəbərə görə, Beynəlxalq müşahidə qrupunun üzvləri dekabrın 4-də Rusiyanın müxtəlif regionlarında səsvermənin təşkili və keçirilməsini müşahidə edəcək.
Müşahidə qrupunun üzvləri dekabrın 5-də vətənə qayıdacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR