Bank Of Baku

Çeçenistanda 84 rus desantını öldürən Əmir Xəttabın dəstəsinin üç üzvü barədə istintaq materialları məhkəməyə göndərilib

Çeçenistanda 84 rus desantını öldürən Əmir Xəttabın dəstəsinin üç üzvü barədə istintaq materialları məhkəməyə göndərilib
# 05 dekabr 2011 10:28 (UTC +04:00)
Bakı. Azər Mustafayev-APA. Çeçenistanda səhra komandiri Əmir Xəttabın başçılıq etdiyi silahlı dəstənin üç üzvünün cinayət işi məhkəməyə göndərilib. APA-nın məlumatına görə, Rəşid Atuov, Kamal Ebzeyev və Həmidulla Yapov 76-cı Pskov Hava Desant Diviziyasının altıncı bölüyünün 84 əsgərinin qətlə yetirilməsində ittiham olunurlar.

Aparılan istintaq təhqiqatının nəticələrinə görə, 2000-ci ilin fevralında cavabdehlər Pskov hərbçilərinə qarşı döyüşdə iştirak ediblər. Cinayət işi 2000-ci ilin aprel ayında qaldırılıb, lakin günahkarlar həbs olunmadığından proses dayandırılıb.

Xəttab 2003-cü ildə Rusiya xüsusi xidmət orqanları tərəfindən məhv edilib. Terrorçulara qarşı döyüşdə iştirak edən 90 desantdan 84-ü həlak olub. Altıncı bölüyün heyətinin 22 nəfəri “Rusiya Qəhrəmanı” adı alıb, digər hərbçilər isə “İgidliyə görə” ordeni ilə təltif edilib. Təqsirləndirilənlər həbs edildikdən sonra 2010-cu ilin dekabrında onlara qarşı yenidən cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR