Bank Of Baku

Özbəkistan Senatı prezidentin səlahiyyət müddətini azaldan Konstitusiya dəyişikliyi qəbul edib

Özbəkistan Senatı prezidentin səlahiyyət müddətini azaldan Konstitusiya dəyişikliyi qəbul edib
# 05 dekabr 2011 14:15 (UTC +04:00)
Bakı-APA. Özbəkistan Senatı Ölkə Konstitusiyasına dəyişiklik edərək prezidentin səlahiyyət müddətini 7 ildən 5 ilədək azaldıb. APA-nın məlumatına görə, dəyişikliklərin nə zaman qüvvəyə minəcəyi məlum deyil. Konstitusiya dəyişikliyi prezident İslam Kərimovun təşəbbüsü ilə edilib. Senatdan bildiriblər ki, bu təşəbbüs ölkədə dövlət idarəçiliyinin demokratik prinsiplərinin möhkəmləndirilməsi məqsədilə irəli sürülüb.

Qeyd edək ki, Özbəkistan prezidenti beş il müddətinə seçilsə də, 2002-ci ildə edilən Konstitusiya dəyişikliyinə əsasən bu müddət yeddi ilədək artırılıb. İslam Kərimov 1989-cu ildən Özbəkistana rəhbərlik edir. O, 1991, 2000 və 2007-ci illərdə prezident seçilib. Özbəkistan Konstitusiyasına əsasən bir şəxsin iki müddətdən artıq prezident seçilməsi qadağandır. Lakin İslam Kərimov 2007-ci ildə növbəti dəfə prezidentliyə namizədliyini irəli sürüb. Prezident tərəfdarları bildiriblər ki, Konstitusiyaya edilmiş dəyişikliklər bundan sonrakı müddətə şamil olunur, buna görə də Kərimovun növbəti dəfə prezidentliyə namizəd olmaq hüququ var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR