Bank Of Baku

Yeni ildən xaricdə yaşayan vətəndaşlar üçün Gürcüstanda təhsil almaq asanlaşdırılacaq

Yeni ildən xaricdə yaşayan vətəndaşlar üçün Gürcüstanda təhsil almaq asanlaşdırılacaq
# 06 dekabr 2011 04:31 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanda yeni ilin ilk günündən təhsildə dəyişikliklər baş verəcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə təhsil və elm naziri Dmitri Şaşkin Tiflis məktəblərinin birində görüş zamanı bildirib. Onun sözlərinə görə, dəyişikliklər 2012-ci ilin yanvarın 1-də “Ali Təhsil Haqqında Qanun”da göstəriləcək: “Dəyişiklik bir neçə istiqamətdə olacaq. Belə ki, abituriyentlərin ikinci dəfə qəbulu ləğv edilir. Tibb və hüquq fakültələrinə qəbul üçün kiçik baryerlər çoxaldılır. Ali təhsil məktəblərinə qəbul azaldılır, tələbələrin mobil qaydaları dəyişilir, xaricdə yaşayan vətəndaşlar üçün Gürcüstanda təhsil almaq asanlaşdırılır. Bütün bunlar “Ali Təhsil Haqqında Qanun”a daxil olacaq”.
Təhsil nazirinin sözlərinə görə, “hər bir abituriyent əvvəlcədən yeddi fakültə əvəzinə, arzu etdiyi iyirmi fakültə seçəcək: «Bununla tələbənin seçim arealı genişlənir və abituriyentin qəbulu yeganə seçimdən sonra baş tutacaq. Tələbələrin mobil qaydalarına gəlincə, məsələn, tarix fakültəsinin tələbəsi tibb fakültəsinə keçə bilməz. Bunun üçün o, ümumi qaydada Vahid Milli imtahanlarda lazımi fəndən dördüncü imtahan verməlidir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR