Bank Of Baku

Moskvada keçirilən etiraz aksiyasında 250 nəfər həbs edilib

Moskvada keçirilən etiraz aksiyasında 250 nəfər həbs edilib
# 06 dekabr 2011 17:33 (UTC +04:00)
Bakı-APA. Moskvanın Triumf meydanında parlamet seçkilərində saxtakarlığa qarşı icazəsiz keçirilən etiraz aksiyasının 250 iştirakçısı həbs olunub.
Rusiya DİN-i bildirib ki, Moskva meriyası ilə razılaşdırılmamış mitinq keçirməyə cəhd edən 250 nəfər saxlanılıb və polis idarəsinə aparılıb.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, saxlanılanlar arasında Rusiya müxalifətinin liderləri Boris Nemtsov, Eduard Limonov və Sergey Mitroxin var. Rusiya Dövlət Dumasına seçkilərdə saxtakarlığa qarşı etiraz aksiyaları Rusiyanın digər şəhərlərində də keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR