Bank Of Baku

Vladimir Putin prezidentliyə namizəd kimi qeydiyyatdan keçmək üçün sənədlərini MSK-ya təqdim edib

Vladimir Putin prezidentliyə namizəd kimi qeydiyyatdan keçmək üçün sənədlərini MSK-ya təqdim edib
# 07 dekabr 2011 12:29 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən yaydığı xəbərə görə, V. Putin MSK binasına gedərək sənədlərini şəxsən özü təqdim edib.

MSK nümayəndəsi Nina Kulyasova namizədlərin qeydiyyatı üçün hansı sənədlərin tələb olunduğunu elan edib və V. Putinin sənədlərini təhvil alıb. O bildirib ki, 5 gün ərzində komissiya sənədləri araşdıracaq və V. Putinin namizədliyini irəli sürən partiyanın səlahiyyətli nümayəndələrinin, namizədin maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydiyyatı və namizədin xüsusi seçki fondunun yaradılması haqqında qərar qəbul edəcək. Namizədin qeydiyyatı üçün qanunda 10 günlük müddət müəyyənləşdirilib.

Qeyd edək ki, V. Putin noyabrın 27-də “Yedinaya Rossiya” Partiyası tərəfindən prezidentliyə namizəd göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR