Bank Of Baku

Moskvada “MDB-2011” gənclərin tarixi-mədəni sessiyası keçiriləcək

Moskvada “MDB-2011” gənclərin tarixi-mədəni sessiyası keçiriləcək
# 07 dekabr 2011 20:47 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Dekabrın 8-11-də Rusiyanın paytaxtında “MDB-2011” gənclərin tarixi-mədəni sessiyası keçiriləcək. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə,
sessiyanın təşkilatçıları Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Gənclərə dair İşlər üzrə Şurası və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondudur. Sessiya MDB-də keçirilən Tarixi-Mədəni İrs İlinə və Birliyin yaradılmasının 20 illiyinə həsr olunub.

Foruma MDB-nin üzvü olan 11 dövlətin hamısından təqribən 150 nümayəndə dəvət olunub. Bunlar Tarixi-Mədəni İrs İli çərçivəsində həyata keçirilmiş layihələrin ən fəal iştirakçıları, “Debütlər birliyi” mükafatının laureatları, “MDB iştirakçısı olan dövlətlərin gənclər mühitində mədəniyyətlərarası dialoqun dəstəklənməsi və inkişaf etdirilməsi” mövzusunda humanitar layihələr müsabiqəsinin finalçıları, arxeoloji ekspedisiyaların iştirakçıları, İssık-Kulda keçirilmiş İntellektuallar forumunun nümayəndələri, MDB ölkələrinin gənclərə dair işlər üzrə milli orqanların xətti ilə göndərilmiş rəsmi nümayəndə heyətləri və digər nümayəndələrdir.

Sessiya çərçivəsində gənc rəssamların və heykəltəraşların “ART MDB” sərgisi təşkil olunacaq.

Bundan başqa, forum çərçivəsində “MDB iştirakçısı olan dövlətlərin gənclər mühitində mədəniyyətlərarası dialoqun dəstəklənməsi və inkişaf etdirilməsi” müsabiqəsi layihələrinin yeni müdafiəsi planlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR