Bank Of Baku

MDB ölkələrinin humanitar əməkdaşlıq məsələlərinə həsr olunmuş iclasları keçiriləcək

MDB ölkələrinin humanitar əməkdaşlıq məsələlərinə həsr olunmuş iclasları keçiriləcək
# 07 dekabr 2011 21:05 (UTC +04:00)
Moskva. Fərid Əkbərov-APA. Dekabrın 9-10-da Rusiyanın paytaxtında Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin humanitar əməkdaşlıq məsələlərinə həsr olunmuş iclasları keçiriləcək. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, iclas iştirakçıları 2012-ci ildə MDB-də İdman və sağlam həyat tərzi ilinin keçirilməsi məsələlərini və qarşıdan gələn humanitar ildə “Debütlər birliyi” Beynəlxalq mükafatının nominasiyaları üzrə təklifləri müzakirə edəcəklər.

Bundan başqa Humanitar Əməkdaşlıq üzrə Şuranın və MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun birgə iclası keçiriləcək. İclas iştirakçıları, həmçinin MDB-nin Humanitar portalının pilot versiyası, 2011-ci ildə “Birliyin ulduzları” dövlətlərarası mükafatı, 2012-ci il üçün “Debütlər birliyi” Beynəlxalq mükafatı, “Birliyin mədəni paytaxtları” dövlətlərarası proqramı ilə bağlı məsələləri müzakirə edəcəklər.

Humanitar Əməkdaşlıq Şurasının və Dövlətlərarası Fondun 2012-ci ildə əsas tədbirlərini müəyyən etmək, 2013-2014-cü illər dövründə MDB-nin humanitar illəri məsələlərini və bir sıra digər məsələləri müzakirə etmək planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR