Bank Of Baku

Hillari Klinton: “Rusiyada keçirilmiş seçkilərlə bağlı narahatlığımız əsaslıdır”

Hillari Klinton: “Rusiyada keçirilmiş seçkilərlə bağlı narahatlığımız əsaslıdır”
# 08 dekabr 2011 15:53 (UTC +04:00)
APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, H. Klinton insan haqlarına önəm verdiklərini söyləyib: “Biz keçirilmiş seçkilərdən narahatlığımızı bildiririk və bunu kifayət qədər əsaslı sayırıq. Biz rus xalqının inkişaf etmək və yaxşı gələcək yaratmaq hüququnu müdafiə edirik”.

Xatırladaq ki, H. Klinton bir neçə gün əvvəl Rusiya Dövlət Dumasına keçirilmiş seçkilərin azad və ədalətli olmadığı barədə bəyanatla çıxış edib. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cey Karni də səsvermənin gedişində baş verən qanun pozuntularından narahatlıq duyduqlarını söyləyib. Bu bəyanatlar Rusiya rəhbərliyində qəzəblə qarşılanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR