Bank Of Baku

Ermənistan Metsamor AES yaxınlığında 6 seysmik stansiya quraşdırmaq istəyir

Ermənistan Metsamor AES yaxınlığında 6 seysmik stansiya quraşdırmaq istəyir
# 09 dekabr 2011 15:27 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri AEBA-nın Ermənistan, Azərbaycan, Ukrayna və Moldova ilə əməkdaşlıq üzrə koordinatoru Andrey Çupov Ermənistanın fövqəladə hallar naziri Armen Eriçyanla görüşdə deyib. Tərəflər Ermənistan FHN Böhranların İdarə Olunması Mərkəzi və “Qosatomnadzor” arasında aktiv informasiya mübadiləsi aparılması barədə razılığa gəliblər.

Qeyd edək ki, ekspertlər Ermənistanın enerjiyə olan tələbatının 40-50 faizini təmin edən Metsamor AES-in 2016-cı ilədək fəaliyyət göstərə biləcəyini bildirirlər. Rəsmi İrəvan bu AES-in yerində yeni atom elektrik stansiyası tikməyi planlaşdırır. 1000 MVt gücə malik bir enerji blokunun tikilməsi üçün 5-6 milyard dollar vəsait tələb olunur. Yeni enerji blokunun tikilməsinə dair Rusiya ilə Ermənistan arasında imzalanmış sazişə əsasən yeni blok 2017-ci ildə istifadəyə verilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR