Bank Of Baku

Astanada Heydər Əliyevin anım günü keçirilib

Astanada Heydər Əliyevin anım günü keçirilib
# 09 dekabr 2011 21:49 (UTC +04:00)
Astana. Ramiz Məşədihəsənli – APA. Astanada Azərbaycan Respublikasının Qazaxıstandakı səfirliyi tərəfindən ümummilli lider Heydər Əliyevin vəfatının 8-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib. APA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov açaraq, H.Əliyevin həyat və fəaliyyəti haqqında mərasim iştirakçılarına məlumat verib.
Qazaxıstan-Azərbaycan Dostluq və Mədəniyyət Assosiasiyasının nümayəndələri S.Djalmakanov və Z.Tyulebayeva, Nur Otan Xalq Demokratik Partiyasının sosial təhlili mərkəzinin rəhbəri K.Kazkenov, Qazaxıstan Azərbaycanlıları Mədəniyyət Mərkəzləri İttifaqının üzvləri ulu öndərin ölkələrimiz arasında münasibətlərin inkişafına verdiyi misilsiz xidmətlərdən danışıblar.
Sonra “Böyük ömrün anları” filmi nümayiş etdirilib və H.Əliyevin ruhuna dualar oxunub, ehsan verilib.
Tədbirdə Qazaxıstan XİN-nin, Qazaxıstan İqtisadiyyat, maliyyə beynəlxalq ticarət və Qazaxıstanın Qumilyov adına universitetin müəllim-professor heyətinin üzvləri, bir sıra siyasi-ictimai xadimlər, Azərbaycanlıları Mədəniyyət Mərkəzləri İttifaqının üzvləri və KİV təmsilçiləri iştirak ediblər.
Qazaxıstanın digər bölgələrində də ümummilli liderin xatirəsini anım mərasimləri keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR