Bank Of Baku

Bu gün Moskva küçələrinə 50 min polis çıxarılacaq

Bu gün Moskva küçələrinə 50 min polis çıxarılacaq
# 10 dekabr 2011 07:33 (UTC +04:00)
Bu gün Rusiyanın onlarla şəhərində “Ədalətli seçkilər uğrunda” şüarı ilə mitinqlər keçiriləcək

Moskva-APA. Bu gün Rusiya paytaxtında müxalifət qüvvələri “Ədalətli seçkilər uğrunda” şüarı ilə aksiya keçirməyə hazırlaşır. APA-nın məlumatına görə, ictimai asayişin və təhlükəsizliyin təmin edilməsi məqsədilə paytaxt küçələrinə 50 mindən artıq polis və daxili qoşunların şəxsi heyəti çıxarılacaq. Moskva hökuməti bu gün yerli vaxtla 14.00-dan 18.00-dək Bolotnı meydanında 30 min nəfərin iştirakı ilə aksiya keçirməyə icazə verib. Meriya rəsmiləri mitinqdə 10 mindən artıq insanın iştirak edəcəyini güman etmədiklərini bildiriblər. Qeyd edək ki, bu gün “Ədalətli seçkilər uğrunda” şüarı ilə Rusiyanın onlarla şəhərində mitinqlər keçirilməsi planlaşdırılır. Artıq Vladivostokda analoji mitinq başa çatıb. Mitinqdə 500-ə yaxın şəxs iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR