Bank Of Baku

Moskvada Rusiya müxalifətinin mitinqi başlayıb

Moskvada Rusiya müxalifətinin mitinqi başlayıb
# 10 dekabr 2011 12:03 (UTC +04:00)
APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, aksiyaya “Rabfak” qrupunun ifasında “Bizim dəlixana Putinə səs verir” mahnısı ilə start verilib.

Aksiya iştirakçıları Moskva meriyası ilə razılaşdırılmış marşrut üzrə müxtəlif istiqamətlərdən meydana daxil olub. Moskva şəhər Baş Daxili İşlər İdarəsinin məlumatına görə, hazırda meydanda 7 min nəfər aksiya iştirakçısı var.

Mitinq keçirilən meydanda Rusiya müxalifətinin bir sıra tanınmış funksionerləri ilə yanaşı, məşhur teleaparıcı Tina Kandelaki də var.

Hazırda mitinq davam edir. Hələlik heç bir insident qeydə alınmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR