Bank Of Baku

Tiflisdə SSRİ-nin süqutunun 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib - FOTO

Tiflisdə SSRİ-nin süqutunun 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib - <font color=red>FOTO</font>
# 10 dekabr 2011 15:10 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstan paytaxtında “SSRİ-nin süqutundan sonra: tarixi kontekstlər və strateji perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir İlya Dövlət Universiteti, Gürcüstanın Atlantik Şurası və Avropa Evinin təşkilatçılığı ilə SSRİ-nin süqutunun 20 illiyinə həsr olunub.

Beynəlxalq konfransda İlya Dövlət Universitetinin rektoru Qiqi Tevzadze, Litvanın ilk prezidenti olmuş Vitautas Landsbergis, Avropa Birliyinin Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi Piter Simnebi, Gürcüstan parlamentinin deputatları, QHT nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, ekspertlər, ali məktəb professorları çıxış ediblər.

Tədbirdə Azərbaycanı Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin eksperti Heydər Mirzə təmsil edib. O, çıxışında Dağlıq Qarabağ münaqişəsini törədən səbəblər, bölgədə gedən siyasi proseslər və erməni separatçılığı mövzularına toxunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR