Bank Of Baku

Azərbaycan yanvar-sentyabr aylarında Gürcüstana 40,4 mln. dollar sərmayə qoyub

Azərbaycan yanvar-sentyabr  aylarında Gürcüstana 40,4 mln. dollar sərmayə qoyub
# 12 dekabr 2011 22:54 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu ilin 9 ayı ərzində (yanvar-sentyabr aylarında) Gürcüstana qoyulan xarici sərmayə 643 milyon dollara qədər artıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Statistika Xidməti (GSX) məlumat yayıb.
“2011-ci ilin III kvartalında xarici sərmayənin həcmi 173,7 mln. dollar təşkil edib. Bu sərmayə qoyuluşu II kvartalda 203,4 mln. dollaradək artıb”.
GSX-nin məlumatına görə, bu göstəricilər ilkin məlumatdır. Bu rəqəm ilin sonunadək araşdırıla bilər. «Xarici sərmayənin ümumi həcmi isə keçən ilin müvafiq dövrünə nisbətən 7,1% artıb», deyə GSX məlumat verib.
Qeyd edək ki, yanvar-sentyabr aylarında Gürcüstana Hollandiya (134,7 mln. ABŞ dolları), Danimarka (99,8 mln dollar), Azərbaycan (40,4 mln), Türkiyə (67,9 mln), Böyük Britaniya (37,6 mln.), Hindistan (26,1 mln.), Qazaxıstan (21 mln.), Almaniya (19,7 mln.), Britaniyanın Virgin adaları (13,8 mln.), Avstriya (12,4 mln.) şirkətlərindən göstərilən məbləğlərdə sərmayə qoyulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR