Bank Of Baku

Vladimir Jirinovskinin prezidentliyə namizədliyi rəsmiləşib

Vladimir Jirinovskinin prezidentliyə namizədliyi rəsmiləşib
# 13 dekabr 2011 14:08 (UTC +04:00)
Bakı. Azər Mustafayev-APA. Vladimir Jirinovskinin Rusiyanın Liberal-Demokrat Partiyasından prezidentliyə namizədliyi təsdiqlənib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, partiya qurultayında V.J irinovskinin namizədliyinin irəli sürülməsinin lehinə 169 nümayəndə, əleyhinə isə 9 nümayəndə səs verib. Beləliklə parlamentdə iştirak edən partiyalardan yalnız Kommunist Partiyası hələlik öz namizədini müəyyənləşdirməyib.
Qeyd edək ki, artıq “Vahid Rusiya” Partiyasından baş nazir Vladimir Putinin, “Ədalətli Rusiya” Partiyasından isə Sergey Mironovun namizədliyi irəli sürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR