Bank Of Baku

Vladimir Putin: “Müxalifətin mitinqinə qatılanlar pul müqabilində meydana çıxıblar”

Vladimir Putin: “Müxalifətin mitinqinə qatılanlar pul müqabilində meydana çıxıblar”
# 15 dekabr 2011 12:09 (UTC +04:00)
Bakı – APA. Rusiyanın baş naziri Vladimir Putin dekabrın 10-da Moskvada “Ədalətli seçki uğrunda” şüarı altında keçirilən etiraz aksiyasına qatılanların pul müqabilində meydana çıxdıqlarını bəyan edib. APA-nın xəbərinə görə, V. Putin bunu “Rossiya 24” telekanalı ilə canlı yayımlanan “Pryamaya liniya s Vladimirom Putinım” adlı verilişdə deyib. O bildirib ki, insanlar öz mövqelərini ifadə etmək hüququna malikdir, lakin bunu qanun çərçivəsində etməlidirlər. V. Puitin “narıncı inqilablar” mövzusuna toxunaraq bunun ölkələrdə sabitliyi pozmaq üçün xaricdə işlənib hazırlanan sxem olduğunu söyləyib. Baş nazir müxalifətin aksiyaları ilə bağlı gələn çoxsaylı suallardan qıcıqlanıb və mövzunu dəyişməyi xahiş edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR