Bank Of Baku

Türkmənistanda Qurbanqulu Berdıməhəmmədovun prezidentliyə namizədliyi irəli sürülüb

Türkmənistanda Qurbanqulu Berdıməhəmmədovun prezidentliyə namizədliyi irəli sürülüb
# 15 dekabr 2011 15:29 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. Türkmənistanın siyasi partiya və ictimai təşkilatları qarşıdan gələn prezident seçkilərində hazırkı dövlət başçısı Qurbanqulu Berdıməhəmmədovun namizədliyini irəli sürüblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Türkmənistanda prezident seçkiləri 2012-ci ilin fevralın 12-də keçiriləcək.

Türkmənistan Demokrat Partiyası (ölkədə yeganə siyasi partiya), Həmkarlar İttifaqı, Qadınlar Birliyi, Gənclər Təşkilatı və Müharibə Veteranları Təşkilatı prezidentliyə namizədin irəli sürülməsi üçün birgə iclas keçiriblər. Ölkə başçısının namizədliyini ağsaqqallar adından Ak Buğday rayon sakini Mərəd İşanquliyev irəli sürüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR