Bank Of Baku

Dmitri Medvedyev deputat mandatından imtina edib

Dmitri Medvedyev deputat mandatından imtina edib
# 15 dekabr 2011 16:03 (UTC +04:00)
APA-nın məlumatına görə, Rusiya mediasına bu barədə prezidentin mətbuat xidmətinin rəhbəri Natalya Timakova açıqlama verib.
Qeyd edək ki, Dmitri Medvedyev dekabrın 4-də keçirilmiş parlament seçkilərinin nəticələrinə əsasən “Vahid Rusiya” Partiyası tərəfindən tərtib olunan siyahının lideri kimi mandat qazanıb.
Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey Narışkin və baş nazirin müavini Aleksandr Jukov isə deputat mandatını alıblar. Bununla da onlar Dövlət Dumasının deputatı sayılırlar. Fövqəladə hallar naziri Sergey Şoyqu və təbii ehtiyatlar naziri Yuri Trutnev isə mandatlarından imtina ediblər. Trutnev öz deputat mandatından jurnalist Aleksandr Puşkovun lehinə imtina etdiyini açıqlayıb.

Deputat mandatından imtina edənlər sırasında İnquşetiya rəhbəri Yunusbek Yevkurov, Şimali Osetiyanın rəhbəri Taymuraz Mamsurov, baş nazirin birinci müavinləri İqor Şuvalov və Viktor Zubkov, Krasnodar vilayətinin qubernatoru Aleksandr Tkaçev, Moskvaətrafı vilayətin qubernatoru Boris Qromov, Kuzbass qubernatoru Aman Tuleyev, Moskvsa meri Sergey Sobyanin, Ermitaj muzeyinin baş direktoru Mixail Piotrovski, aktyor Vladimir Maşkov da var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR