Bank Of Baku

Rusiya əhalisinin sayı 2,3 milyon nəfər azalaraq 142,857 milyon nəfərə düşüb

Rusiya əhalisinin sayı 2,3 milyon nəfər azalaraq 142,857 milyon nəfərə düşüb
# 16 dekabr 2011 07:36 (UTC +04:00)
Bakı-APA. 2002-ci ildən etibarən Rusiya əhalisinin sayı 2,3 milyon nəfər azalaraq 142 milyon 857 min nəfər təşkil edir. APA-nın məlumatına görə, ölkə üzrə siyahıyaalmanın yekun nəticələri bu gün dərc olunub. Ölkə üzrə kənd əhalisinin sayı şəhər əhalisi ilə müqayisədə 3 dəfə azalıb. 2002-ci ildən etibarən Rusiyada 8.500 kənd xəritədən silinib. Onların bir qismi başqa yaşayış məntəqələrinə birləşdirilib, bir hissəsi isə əhalisi boşaldığına görə ləğv olunub. Statistika Komitəsinin hesablamalarına görə, əhalinin ən sıx yaşadığı bölgələr Mərkəz, Volqaboyu və Sibir federal dairələridir. Ölkə əhalinin 61 faizi (87,6 faiz) bu federal dairələrin ərazisində yaşayır. 2002-ci ildə bu rəqəm 89,4 milyon nəfər təşkil edib.

Rusiyada qadınları sayı artmaqdadır. Bu gün ölkədə qadınların sayı kişilərin sayından 10,7 milyon nəfər çoxdur. Ölkədə orta yaş həddi 39 il təşkil edir, bu 10 il əvvələ nisbətən 1,3 yaş çoxdur. Ölkədə 33 milyon ailə olduğu müəyyənləşib, onlardan 4,4 milyonu nikahsız yaşayan ailələrdir. Siyahıyaalma zamanı 137 milyon nəfər öz milliyyətini göstərib. Onlardan 111 milyon nəfəri ruslar, 5,31 milyon nəfəri tatarlar, 1,93 milyon nəfəri ukraynalılardır. Rusiya vətəndaşlarının sayı 137,9 milyon nəfərdir, 700 min nəfər başqa dövlətlərin vətəndaşlığını daşıyır, 200 min nəfərin isə vətəndaşlığı yoxdur. Ölkə əhalisinin 138 milyon nəfəri rus dilini bilir, digər geniş yayılmış dillər ingilis, tatar, alman, çeçen, başqırd, Ukrayna və çuvaş dilləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR