Bank Of Baku

Rusiyadan İrana radioaktiv maddə aparılmasının qarşısı alınıb

Rusiyadan İrana radioaktiv maddə aparılmasının qarşısı alınıb
# 16 dekabr 2011 16:24 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Rusiya Federal Gömrük Dairəsinin rəsmiləri Moskvanın “Şeremetyevo” Hava Limanında İranın paytaxtı Tehran şəhərinə getmək istəyən sərnişinin yük çantasında radioaktiv maddə aşkarlandığını açıqlayıblar. APA-nın məlumatına görə, gömrükçülər detektorların standart radiasiya dəyərinin 20 qat yüksək olduğunu göstərməsi səbəbindən sərnişinin yük çantasını yoxlamaq məcburiyyətində qalıb və orada 18 metal parçası tapıblar.

Yoxlamalar nəticəsində metal parçaların nüvə reaktorunda istifadə edilən “Natrium-22” adlı radioaktiv maddə olduğu müəyyənləşib. Faktla bağlı istintaq başladılıb və radioaktiv maddə prokurorluğa təqdim olunub.

Radioaktiv maddəni yük çantasında daşıyan sərnişinin şəxsiyyəti haqqında hələlik məlumat verilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR