Bank Of Baku

Putin prezident seçkilərinədək bütün seçki komissiyalarında veb-kameralar quraşdırmağı tapşırıb

Putin prezident seçkilərinədək bütün seçki komissiyalarında veb-kameralar quraşdırmağı tapşırıb
# 16 dekabr 2011 17:47 (UTC +04:00)
Bakı-APA. Rusiyanın baş naziri Vladimir Putin maliyyə, həmçinin kommunikasiya və rabitə nazirliklərinə Mərkəzi Seçki Komissiyası ilə bir yerdə bütün seçki məntəqələrində veb-kameralar quraşdırmağı tapşırıb.

«Maksimum vəzifə bütün seçki məntəqələrini veb-kameralarla təmin etməkdir. Mən sizdən Mərkəzi Seçki Komissiyası ilə bir yerdə bu işlə məşğul olmağı və bu məsələyə dair təkliflərini verməyi xahiş edirəm. Gələn il martın əvvəlinədək hər şey hazır olmalıdır», deyə Putin maliyyə naziri Anton Siluanov və kommunikasiya və rabitə naziri İqor Şeqolevlə görüşdə bildirib.
2012-ci il martın 4-də Rusiyada prezident seçkiləri keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR