Bank Of Baku

Qazaxıstandakı iğtişaşlarda polis 70-dək aksiya iştirakçısını həbs edib, BMT hadisələr nəticəsində 10 nəfərin həlak olması ilə bağlı narahatlığını açıqlayıb

Qazaxıstandakı iğtişaşlarda polis 70-dək aksiya iştirakçısını həbs edib, BMT hadisələr nəticəsində 10 nəfərin həlak olması ilə bağlı narahatlığını açıqlayıb
# 17 dekabr 2011 08:04 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Qazaxıstanın daxili işlər naziri Kalmuxanbet Qasımov bildirib.

Nazirin sözlərinə görə, artıq şəhərdə vəziyyət sabitləşib. Rəsmi məlumatlara əsasən, hadisə nəticəsində 10 nəfər ölüb, 75 mülki vətəndaş və 6 polis əməkdaşı yaralanıb.

K.Qasımov qeyd edib ki, iğtişaşları törədən əvvəllər işdən ixtisar edilən neftçilər olub. Həmin şəxslər şəhər ərazisində Qazaxıstanın Müstəqillik Gününə həsr olunmuş bayram tədbirlərinin keçirilməsinə maneçilik törədiblər.

Qeyd edək ki, bu hadisələrdən sonra «Ozenmunayqaz» şirkətinin («Qazmunayqaz»ın törəmə qurumu) bəzi işçiləri öz təhlükəsizliyini təmin etmək məqsədi ilə gecə və səhər növbəsində işə çıxmayıblar. İğtişaşlar nəticəsində «Ozenmunayqaz»ın inzibati binası yandırılıb və talan edilib, ofis texnikası və sənədlərin əsas hissəsi məhv edilib. Etiraz aksiyalarında artıq 6 ay ərzində maaşlarını almayan neftçilərin iştirak etdiyi bildirilsə də, bəzi mənbələr iğtişaşların kənar şəxslər tərəfindən törədildiyini vurğulayır.

Bununla yanaşı bildirilir ki, BMT-nin İnsan haqları üzrə Komitəsi Qazaxıstandakı hadisələr və bunun nəticəsində 10 nəfərin həlak olması ilə bağlı narahatlığını açıqlayıb. Təşkilatın yaydığı bəyanatda qeyd olunur ki, Komitə Qazaxıstan hakimiyyətini insidenti tez bir zamanda araşdırmağa və sərt tədbirlər görmədən ictimai asayişi bərpa etməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR