Bank Of Baku

Sergey Narışkin Rusiya parlamentinin spikeri seçilə bilər

Sergey Narışkin Rusiya parlamentinin spikeri seçilə bilər
# 17 dekabr 2011 13:50 (UTC +04:00)
Bakı – APA. Rusiyanın «Yedinaya Rossiya» (Vahid Rusiya) hakim partiyası Dövlət Dumasının sədri vəzifəsinə prezident administrasiyasının başçısı Sergey Narışkinin namizədliyini irəli sürmək niyyətindədir. APA-nın məlumatına görə, bunu partiyanın Ali Şurasının Rəyasət Heyəti sədrinin I müavini Andrey İsayev bildirib.

«Əslində, onun böyük təcrübəsi var. O, administrasiyaya rəhbərlik edib, bizim seçkiqabağı kampaniyada fəal iştirak edib. Bu gün bu, yeni Dumada fraksiyaya qoşulacaq insanlar arasında ən sanballı fiqurdur», - deyə A.İsayev bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR