Bank Of Baku

Qazaxıstanda ölənlərin sayı 15-ə çatıb

Qazaxıstanda ölənlərin sayı 15-ə çatıb
# 19 dekabr 2011 07:38 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Qazaxıstan Baş Prokurorluğu Janaozen şəhərində 14, Şetpe şəhərində isə 1 nəfərin öldüyünü aşıqlayıb.

Xatırladaq ki, dekabrın 16-da Janaozen şəhərində kütləvi iğtişaş baş verib. Yerli administrasiya və “Ozenmunayqaz” şirkətinin ofisi də daxil olmaqla, 46 bina və bir neçə avtomobil yandırılıb. Polislə iğtişaşçılar arasındakı toqquşmalarında 14 nəfər ölüb. Təxminən 130 nəfər həbs edilib. Prezidentin fərman ilə Janaozendə fövqəladə vəziyyət elan edilib. Fövqəladə vəziyyət yanvarın 5-nə qədər qüvvədə olacaq.

Dekabrın 17-də Şetpe şəhərində də qarışıqlıq baş verib. 50 nəfərlik qrup dəmir yolu xəttini bağlayıb. Polisin güc tətbiq etməsi nəticəsində 1 nəfər ölüb, 123 nəfər yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR