Bank Of Baku

Gürcüstanın yeni Milli Təhlükəsizlik Konsepsiyasında qonşu ölkələrdəki münaqişələr Gürcüstan üçün təhlükə kimi dəyərləndirilib

Gürcüstanın yeni Milli Təhlükəsizlik Konsepsiyasında qonşu ölkələrdəki münaqişələr Gürcüstan üçün təhlükə kimi dəyərləndirilib
# 19 dekabr 2011 18:52 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Dekabrın 19-da Gürcüstanda Parlament komitələrinin birgə keçirilən iclasında yeni Milli Təhlükəsizlik Konsepsiyası layihəsi müzakirə olunub. APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən məlumatına görə, yeni layihədə Gürcüstanın qarşısında duran təhlükələrdən biri qonşu ölkələrdəki münaqişələr olduğu bildirilib. Sənəddə qeyd olunub ki, Rusiya Şimali Qafqaz əhalisini Gürcüstana qarşı tənzimləməyə çalışır. “Ermənistan və Azərbaycan arasında olan münaqişə Gürcüstan üçün çağırışdır. Qonşu ölkələr arasında münaqişənin bərpası hər üç Cənubi Qafqaz dövlətlərinin təhlükəsizliyini zəiflədəcək və regionda Rusiyanın təsirini gücləndirəcək”. Konsepsiyada qeyd olunub ki, işğal olunan torpaqların mövcudluğu qeyri-qanuni fəaliyyət, narkotiklərin, silahların və qeyri-qanuni daşınmaları və onlarla kütləvi qırğın törədilməsi, insan alveri yaradır.
Konsepsiyada eyni zamanda Rusiyanın Gürcüstanın ərazilərini işğal etməsi və burada terror aktlarının törədilməsinin Gürcüstan üçün əsas risklərdən olduğu bildirilib. “ 2008-ci ilin avqust ayında Rusiyanın təcavüzündə əsas məqsəd nəinki Gürcüstan ərazilərini işğal etmək, eyni zamanda beynəlxalq aləm tərəfindən tanınmayan marionet respublikaların tanıdılması, Gürcüstanın xarici siyasət kursunun və demokratik yolla seçilən hakimiyyətin güc yolu ilə dəyişdirilməsidir. Demokratik Gürcüstana Rusiyanın siyasi elitası mövcud təhlükə kimi baxır”, konsepsiyada qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR