Bank Of Baku

Sergey Narışkin Rusiya Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad olunub

Sergey Narışkin Rusiya Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad olunub
# 20 dekabr 2011 15:01 (UTC +04:00)
APA-nın məlumatına görə, Sergey Narışkin vəzifəsindən Dövlət Dumasının deputatı seçilməsi ilə əlaqədar azad olunub.

Qeyd edək ki, Sergey Narışkin 2004-cü ilin sentyabrında Rusiya Prezident Administrasiyasına rəhbərlik edir. 2007-ci ildə baş nazirin müavini vəzifəsinə təyin olunan Narışkin bir il sonra yenidən administrasiyadakı postuna qayıdıb. Dekabrın 4-də Dövlət Dumasına keçirilən seçkilərdə administrasiya rəhbəri “Vahid Rusiya”nın Leninqrad vilayəti üzrə namizədlər siyahısına rəhbərlik edib.

Ötən həftə partiyanın Ali Şurasının genişləndirilmiş iclasında Dövlət Dumasının spikeri postuna Sergey Narışkinin namizədliyi irəli sürülüb. Spiker postuna namizəd qeyd edib ki, bu təklif seçkilərdə sonra meydana çıxıb. O hələlik partiyaya üzv qəbul olmağı yəqinləşdirmədiyini, bununla əlaqədar həmkarları ilə məsləhətləşdikdən sonra qərar verəcəyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR