Bank Of Baku

Rusiya MSK 21 seçki məntəqəsində seçkilərin nəticələrini ləğv edib

Rusiya MSK 21 seçki məntəqəsində seçkilərin nəticələrini ləğv edib
# 20 dekabr 2011 15:37 (UTC +04:00)
Bakı. Azər Mustafayev-APA. Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) Dövlət Dumasına keçirilən səsvermə ilə əlaqədar 21 seçki məntəqəsində nəticələri ləğv edib. APA-nın məlumatına görə, MSK-nın sədr müavini Leonid İvlev bildirib ki, quruma seçki məntəqələrindən 600 nəfər müşahidəçinin qovulması haqqında məlumat, eləcə də pozuntuların olması barədə 1600-ə yaxın şikayət ərizəsi daxil olub: “MSK daxil olan 1686 müraciətdən 124-ü baxılması üçün Baş Prokurorluğa, DİN və Təhqiqat Komitəsinə göndərib. Pozuntuların nəzərdən keçirilməsi zamanı 39 min nəfərin səs verdiyi 21 məntəqədə səsvermənin yekunları etibarsız sayılıb. Bu ərazilərdə seçkilərin keçirilməsi üçün məsul olan şəxslər bir daha seçki orqanlarında işləməyəcəklər”.

MSK sədrinin müavini qeyd edib ki, edilən şikayətlərin çox hissəsi təsdiqini tapmır: “Youtube vasitəsilə 26 rolikə baxılıb, onlardan yalnız birində pozuntu aşkarlanıb və yerindəcə aradan qaldırılıb. Qalan roliklərin yarıdan çoxu kadrdaxili montaj olub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR