Bank Of Baku

Rusiya Dövlət Dumasına seçkilərdə qanun pozuntuları ilə bağlı 50-dən artıq cinayət işi başlanıb

Rusiya Dövlət Dumasına seçkilərdə qanun pozuntuları ilə bağlı 50-dən artıq cinayət işi başlanıb
# 21 dekabr 2011 08:07 (UTC +04:00)
Bakı-APA. Rusiya Dövlət Dumasına seçkilərin təbliğat kampaniyası dövründə 50-dən artıq cinayət işi başlanıb. APA-nın məlumatına görə, cinayət işlərinin çoxu Moskvaətrafı, Sverdlovsk və Vladimir vilayətlərinin payına düşür. Beş halda cinayət işinin təqibi dayandırılıb, digər işlər üzrə təhqiqat davam edir. Rusiya Təhqiqat Komitəsinə seçki kampaniyasının gedişində qanun pozuntuları ilə bağlı 259 şikayət daxil olub, bütün şikayətlər üzrə araşdırma aparılıb. Ən çox şikayət “Ədalətli Rusiya” və Kommunist Partiyasının nümayəndələrindən daxil olub. Rusiya prezidenti hüquq-mühafizə orqanlarına təhqiqatların nəticələri ilə bağlı ona məruzə etməyi tapşırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR