Bank Of Baku

Rusiya Dövlət Dumasının MDB üzrə komitəsinə liberal-demokratların nümayəndəsi Leonid Slutskiy rəhbərlik edəcək

Rusiya Dövlət Dumasının MDB üzrə komitəsinə liberal-demokratların nümayəndəsi Leonid Slutskiy rəhbərlik edəcək
# 21 dekabr 2011 08:12 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA. Rusiya Dövlət Dumasının MDB üzrə komitəsinə bundan sonra Rusiya Liberal Demokrat Partiyası (LDPR) rəhbərlik edəcək. APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bununla bağlı Dumada komitə və əsas vəzifələrin bölüşdürülməsi barədə partiyalar arasında razılaşma əldə edilib. LDPR-in parlament fraksiyasının sədri, partiya rəhbəri Vladimir Jirinovskinin oğlu, İqor Lebedev deyib ki, MDB üzrə komitəyə Leonid Slutskiy rəhbərlik edəcək.

Xatırladaq ki, Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski Azərbaycana qarşı qərəzli və eyni zamanda qatı ermənipərəst mövqeyi ilə tanınır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR