Bank Of Baku

“Kommersant”: KTMT ölkələrində xarici hərbi bazaların yerləşdirilməsi qaydaları bloku real hərbi-siyasi alyansa çevirmək üçün Moskvanın hazırladığı tədbirdir

“Kommersant”: KTMT ölkələrində xarici hərbi bazaların yerləşdirilməsi qaydaları bloku real hərbi-siyasi alyansa çevirmək üçün Moskvanın hazırladığı tədbirdir
# 22 dekabr 2011 08:21 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə-APA. “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitinin ən mühüm yekunu sabiq SSRİ məkanında Qərbin təsirinin azaldılmasına yönəlmiş tədbirlər oldu”. APA-nın məlumatına görə, bu barədə Rusiyanın “Kommersant” qəzetinin Moskvada Kollektiv Təhlükəsizlik və MDB liderlərinin başa çatmış iclasının nəticələrinə dair məqaləsində deyilir. Nəşr yazır ki, Rusiya, Ermənistan, Qazaxıstan, Belarus, Qırğızıstan, Tacikistan və Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ərazisində xarici hərbi bazaların yerləşdirilməsi qaydalarını razılaşdırıblar: “Bundan belə hər hansı xarici hərbi obyekt bloka daxil olan ölkələr ərazisində onun bütün üzvlərinin razılığı olmadan peyda ola bilməz”. “Kommersant” bildirir ki, bu, bloku real hərbi-siyasi alyansa çevirmək üçün Moskva tərəfindən hazırlanmış bir tədbirdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR