Bank Of Baku

Gürcüstan paytaxtında küçələrdən birinə Azərbaycan şairi Əhməd Cavadın adı verilib

Gürcüstan paytaxtında küçələrdən birinə Azərbaycan şairi Əhməd Cavadın adı verilib
# 23 dekabr 2011 21:07 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Tiflis Bələdiyyəsinin qərarına görə Gürcüstan paytaxtındakı bir neçə küçəyə yeni adlar verilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə “Yeni adlar və simvollar komissiyası”nın sədri Laşa İmedaşvili jurnalistlərə bildirib. Onun sözlərinə görə, paytaxtın İsani-Samqori rayonundakı Artur Layts küçəsinə bitişik adsız küçələrə Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poemasının tərcüməçilərinin şərəfinə yeni adlar verilib. Yeni küçələrdən birinə poemanın tərcüməçilərdən biri olan məşhur Azərbaycan şairi Əhməd Cavadın adı verilib. Digər küçələrə Mardjori Uordrop və Mikola Bajan adı verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR