Bank Of Baku

Ümumrusiya Azərbaycan Konqresi Fransa parlamentinin qondarma “erməni soyqırımı”ilə bağlı qərarı pisləyib

Ümumrusiya Azərbaycan Konqresi Fransa parlamentinin qondarma “erməni soyqırımı”ilə bağlı qərarı pisləyib
# 25 dekabr 2011 04:45 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Dünya Azərbaycanlılarının həmrəylik günü ərəfəsində Moskvada Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) növbəti iclası keçirilib. APA-nın Rusiya bürosunun verdiyi məlumata görə, 2011-ci ilin yekunlarına və 2012-ci il üçün perspektiv planlara həsr edilmiş iclasda ÜAK-ın 50-yə yaxın regional bölməsinin rəhbərləri iştirak edib. Burada ÜAK-ın işinin bütün istiqamətlərinin inkişafı və regional xarakterli məsələlər müzakirə olunub.

İclasda Fransa Milli Assambleyasının aşağı palatası tərəfindən qondarma “erməni soyqırımı”nın inkar edilməsinə görə cəza nəzərdə tutulan qanun layihəsi qəbul edilməsi məsələsi də müzakirə olunub. ÜAK-ın baş katibi Mikayıl Hüseynov bildirib ki, Rusiyada yaşayan Azərbaycan diasporunun, həmçinin konqresin rəyasət heyəti üzvlərinin ümumi fikrinə görə bu qanun layihəsi kəskin pislənməyə layiqdir və haqlı etiraza səbəb olur. O, Fransa senatı tərəfindən qəbul edilmiş qanun layihəsinin Avropa məkanında demokratiyanın əsasını təşkil edən söz azadlığı və fikir plüralizmi kimi beynəlxalq prinsiplərin təmin edilməsi baxımından qəbuledilməz olduğunu söyləyib: “Rusiyadakı Azərbaycan diasporu dərin təəssüf hissi ilə onu da qeyd edir ki, belə bir qanun layihəsini qəbul etmiş ölkə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini dinc yolla həll etməli olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Qanun layihəsi bu məsələdə Fransanın qərəzsizliyinə şübhə doğurur. Fransa Milli Assambleyası Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində öz torpağında məcburi köçkünlərə çevrilmiş yüz minlərlə azərbaycanlıya münasibətdə etnik təmizləməyə, həmçinin bu insanların hüquqlarının kobud şəkildə pozulmasına göz yumur. Bu hadisələr bizi dərindən təəssüfləndirir və biz ümid edirik ki, tarixi hadisələrə obyektiv qiymət veriləcək, ikili standartlardan əl çəkiləcəkdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR