Bank Of Baku

Sergey Mironovun Rusiya prezidentliyinə namizədliyi qeydə alınıb

Sergey Mironovun Rusiya prezidentliyinə namizədliyi qeydə alınıb
# 26 dekabr 2011 13:57 (UTC +04:00)
Bakı. Azər Mustafayev - APA. “Spravedlivaya Rossiya” (Ədalətli Rusiya) Partiyasının lideri Serqey Mironov Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) qərarı ilə prezidentliyə namizəd kimi qeydə alınan ikinci şəxs olub. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, prezidentliyə namizəd kimi ilk olaraq “Yedinaya Rossiya” (Vahid Rusiya) Partiyasından baş nazir Vladimir Putin qeydiyyata alınıb.

S. Mironov bildirib ki, seçkilərdə V. Putinə qalib gələcək və onu baş nazir postundan istefaya göndərəcək. O, qalib gələcəyi təqdirdə 2012-ci ilin dekabrında yeni demokratik seçki qanunvericiliyi əsasında Dövlət Dumasına yenidən seçkilərin keçiriləcəyini vəd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR