Bank Of Baku

Janaozendə törədilən iğtişaşlara görə 3 polis əməkdaşı həbs olunub

Janaozendə törədilən iğtişaşlara görə 3 polis əməkdaşı həbs olunub
# 26 dekabr 2011 13:59 (UTC +04:00)
Bakı-APA. Janaozendə vəzifə səlahiyyətlərini aşma və hərbi nizamnaməni pozmaq ittihamı ilə üç polis həbs olunub. APA-nın məlumatına görə, Qazaxıstan baş nazirinin rəsmi saytında yerləşdirilən məlumata görə, hazırda Daxili Təhlükəsizlik Departamenti, Baş Kəşfiyyat idarəsi və Baş Prokurorluq Janaozen hadisələri ilə bağlı araşdırma aparır. Şəhərdə 10 operativ qrup işləyir. Şəhər komendantı baş verən toqquşmalarda 30-dən yuxarı polis əməkdaşının yaralandığını açıqlayıb. Qeyd edək ki, dekabrın 16-da Qazaxıstanın Janaozen şəhərində baş verən kütləvi iğtişaşlar zamanı polis kütləyə atəş açıb, nəticədə 16 aksiya iştirakçısı ölüb, yüzdən artıq insan yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR