Bank Of Baku

Tiflisdə Qafqaz xalqlarının folkloru və lingvokulturologiyası mövzusunda beynəlxalq elmi simpozium keçiriləcək

Tiflisdə Qafqaz xalqlarının folkloru və lingvokulturologiyası mövzusunda beynəlxalq elmi simpozium keçiriləcək
# 26 dekabr 2011 21:20 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gələn ilin 13-16 aprel tarixində İ.Cavaxişvili adına Tiflis Dövlət Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu, Türkiyənin Ardahan Universiteti, Türk Dünyası Mühəndislər və Memarlar Birliyi, Qafqaz Universitetlər Birliyi və Valeh Hacılar Beynəlxalq Elmi-Mədəni Tədqiqat Fondu, Suxumi Dövlət Universiteti ilə birgə Borçalı alimi professor Valeh Hacıların xatirəsinə həsr olunacaq “Qafqaz xalqlarının folkloru və lingvokulturologiyası” mövzusunda Beynəlxalq Elmi Simpozium keçiriləcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə İ.Cavaxişvili adına Tiflis Dövlət Universitetinin Qafqazşünaslıq İnstitutundan məlumat verilib. Məlumata görə, simpoziumda “Türkologiya və Qafqazşünaslığın problematikası”, “Qafqaz xalqlarının folkloru”, “Qafqaz xalqlarının tarixi və mədəniyyəti”, “lingvokulturologiya (areal linqvistika, tipologiya və komparavistika)” mövzularında gürcü, Azərbaycan, Türk, ingilis və rus dillərində elmi mühazirələr oxunacaq.
APA-nın məlumatına görə, simpoziumun məqsədi Qafqaz xalqlarının folklor məsələlərinin əhəmiyyətini və problematikliyini müəyyən etmək, komparavistika aspektində folklorun, ədəbi mətn kimi ümumi və fərqləndirici əlamətlərini araşdırmaq; etnolinqvistik terminologiyanın və onunla bağlı məsələlərin mümkün həll yollarını müəyyən etmək, etnosların oxşarlığını və eyniliyini müəyyən edib dünya dinlərinin, imperiyaların, ideologiyaların və müasir kibertexnologiyanın əsasında mədəniyyətlərin qloballaşması məsələsinin tarixi retrospektiv kontekstdə təhlil etməkdir.
Məlumata görə, simpoziumda Qafqaz, onun tarixi və bu günü mürəkkəb lingvomədəni və geosiyasi areal (sahə) kimi araşdırılacaq. Simpoziumda müxtəlif ölkələrin qafqazşünaslıq və türkologiya üzrə elmi-təhsil mərkəzlərinin nümayəndələri iştirak edəcəklər. Tədbirdə müxtəlif ölkələrdən qafqazşünaslıq və türkologiya üzrə elmi tədqiqat və təhsil məsələlərinə aid elmi yenilliklər və alimlərin birbaşa konsolidasiyası təqdim olunacaq.
Qafqazda sülhün yaradılması məqsədi ilə keçiriləcək simpoziumda müxtəlif ölkələrin alimləri iştirak edəcək. Simpoziumun materialları 300 səhifəlik kitabda toplanaraq, beş dildə dərc olunacaq. Bu toplunun elektron versiyası TDU-nun Qafqazşünaslıq İnstitutu saytında (www.caucasinst.tsu.ge) və Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun saytında (www.folklorinstitutu.com) əks olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR